21 oktyabr 2020 16:09
1041

İrəvan ölən əsgərlərini COVID-19 siyahısına salır FOTO

Ermənistan II Qarabağ müharibəsi zamanı ölən hərbçilərinin sayını gizlətmək üçün onları koronavirusdan ölən xəstələrin siyahısına daxil edir.

"İki sahil" Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Hərbi xəbərlər və məlumatlar” Teleqram səhifəsində qeyd edilib. Səhifədə Qarabağda məhv edilən və COVİD-19-dan ölən kimi qələmə verilən əsgərlərin ad-soyadları paylaşılıb.

Sözügedən fotoları təqdim edirik:

Qeyd edək ki, Ermənistanda sentyabrın 27-dən bəri koronavirusdan ölənlərin gündəlik statistikasında ciddi artım müşahidə edilir.