03 avqust 2020 18:43
833

İşçi sayının müəyyənləşdirilməsi müzakirə ediləcək

“Hazırda yay dövrüdür, müəyyən dövlət qurumlarının fəaliyyətində iş yükünün azalması müşahidə edilir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, yenə də işə çıxacaq işçilərin sayının müəyyən edilməsi müzakirə ediləcək.

Hikmət Hacıyev deyib  ki, koronavirusa qarşı mübarizədə əsas məslə kütləviliyin qarşısının alnmasıdır.

O bildirib ki, toylarda isə 100-200-ə yaxn insanların bir araya toplanmasına şərait yaranır: “Buna isə hələ icazə verilmir. Digər ölkələrdə yumşalma tədbirlərinin, bəzi atılan addımların 2-ci və 3-cü dalğanın yaranmasına səbəb olduğunu da gördük. Ona görə də kifayət qədər təmkinli olmalıyıq”.