06 dekabr 2019 20:30
841

İspaniya dəmiryolçularının tətili 11550 sərnişinə problem yaradıb

İspaniyanın “Renfe” dəmir yolu şirkətinin işçilərinin dekabrın 5-də keçirilən tətili ümumən 11550 min sərnişinə problem yaradıb.

AZƏRTAC İspaniya İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, dünən şirkət 155 reysi təxirə salmalı olub.

Növbəti tətil dekabrın 20-nə nəzərdə tutulub.

Dekabrın əvvəli İspaniyada nəqliyyat işçilərinin tətilləri ilə yadda qalıb.