08 sentyabr 2026 21:10
76

Lukaşenko ictimai təhlükəsizliyin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko "İctimai təhlükəsizliyin və intizamın gücləndirilməsi tədbirləri haqqında" 11 mart 2004-cü il tarixli qərarla bağlı yeni fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Yeni redaksiyada müasir risklər və çağırışlar nəzərə alınmaqla ictimai təhlükəsizliyin gücləndirilməsi yanaşmaları təkmilləşdirilib, o cümlədən virtual mühitdə onun qorunub saxlanılması üçün yeni mexanizmlər təklif olunub. «Fərman əhalinin həyat təhlükəsizliyi mədəniyyətinin yüksəldilməsi, vətəndaşların sosial məsuliyyətli davranış vərdişlərinin və əlverişli sosial mühitin formalaşdırılması, eləcə də şəxsiyyətin harmonik inkişafı üçün əlavə şəraitin yaradılması məqsədilə dövlət orqanlarının fəaliyyətinin prioritet istiqamətlərini tənzimləyir», – deyə mətnində qeyd olunur.

Prioritet istiqamətlər sırasına ictimai qaydanın qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi, ekstremizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, xarici miqrasiya proseslərinə nəzarət daxildir. Belə istiqamətlərə, həmçinin əhalinin və ərazilərin fövqəladə hallardan müdafiəsi və mülki müdafiə, yol hərəkəti təhlükəsizliyi, ekoloji təhlükəsizlik, əhalinin sanitariya-epidemioloji rifahı və əmək təhlükəsizliyi də aiddir.