Qlobal iqlim dəyişiklikləri səbəbindən “Qloriya” fırtınası kimi hava hadisələri İspaniyada daha tez-tez baş verəcək. Bu barədə İspaniya Coğrafiyaçıları Assosiasiyasının rəhbəri Xorxe Olsina xəbərdarlıq edib.
X.Olsinanın sözlərinə görə, “Qloriya” fırtınası Şimali Atlantik hava axınındakı dəyişikliklərlə birbaşa bağlıdır. Bu hava axını daha aşağı yüksəkliklərdə dövr etməyə başlayır və Avropaya qeyri-səciyyəvi hava şəraiti gətirir. Bu, bilavasitə qlobal istiləşmə ilə bağlıdır.
“Qloriya” fırtınası nəticəsində İspaniyada 13 nəfər həlak olub. Ölkədə hazırda yeni - “Siara” siklonu baş qaldırıb. X.Olsinanın proqnozlarına görə bu təbiət hadisələri daha tez-tez baş verəcək. “Bizim əlimizdən yalnız fırtınaya müqavimət göstərmək üçün hazırlaşmaq gəlir”, - deyə ekspert sözünə yekun vurub.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib