06 mart 2020 12:40
1776

İspaniyada koronavirus qurbanlarının sayı artdı

İspaniyada koronavirusdan dördüncü ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, Valdemoro şəhərində qocalar evində yaşayan qadın virusun növbəti qurbanı olub.

Bundan başqa, virus daha 20 nəfərdə aşkar olunub. Onlardan 16-sı sözügedən qocalar evinin işçiləri və sakinləridir.

Dörd nəfər reanimasiyaya yerləşdirilib.