02 dekabr 2020 13:36
457

İstanbulun daha bir hissəsi riskli bölgə elan edilib

Türkiyə Prezidentinin qərarına əsasən, quruluşu və ya üzərindəki tikintinin insan və əmlak itkisinə səbəb ola bilməsi nəzərə alınaraq ölkə ərazisinin təbii fəlakət, o cümlədən zəlzələlərə qarşı dayanıqlılığının araşdırılması işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu araşdırmalar çərçivəsində İstanbulun Bağçılar rayonunun bir hissəsi də riskli bölgə elan edilib. Bununla İstanbuldakı riskli bölgələrin sayı 2-yə çatıb. Belə ki, bundan əvvəl şəhərin ən böyük bölgələrindən biri olan Ümraniyə rayonunda da bir məhəllə riskli bölgə elan edilib.

Araşdırmalar davam edir.