13 fevral 2020 13:37
1180

İstehsal tarixi ən çox dəyişdirilən məhsullar

"AQTA-nın apardığı araşdırmalar nəticəsində istehsal tarixi ən çox dəyişdirilən süd və süd məhsulları, həmçinin qənnadı məhsullarıdır".

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin məhsulların son istifadə tarixlərinə müdaxilələr aşkarlanıb.

"Son fakt kimi Yeni il öncəsi uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının son istifadə müddətinin dəyişdirilməsi aşkarlanmışdı", - deyə o bildirib.