15 fevral 2019 18:59
1015

İstirahət günlərində hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - fevralın 16-17-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində fevralın 16-17-də havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-9° isti, dağlıq rayonlarda 0-3° şaxta olacaq.

Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Fevralın 17-də gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 5-8°, dağlıq rayonlarda 0-3° isti olacağı bildirilir.

Aran rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 17-də gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 17-si gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 7-12° isti olacağı gözlənilir.

Paytaxtda yaxın iki gün ərzində havanın arabir yağıntılı olacağı, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 5-7° isti olacaq.