24 yanvar 2020 14:10
766

İsveçrə-Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə - Azərbaycan oyununun başlanma saatı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.

Martın 26-da Sion şəhərindəki “Stade de Tourbilion”da keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq. //AFFA