Kanada Hərbi Hava Qüvvələrinin “Snowbirds” pilot qrupu təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri bildirib.
"Ürək ağrısı ilə elan edirik ki, Kanada Hərbi Qüvvələrinin "Qar quşları" komandasının üzvlərindən biri öldü, daha biri ciddi xəsarət aldı. Təsdiq edə bilərik ki, bu hadisənin zərər verdiyi pilotların ailə üzvləri ilə əlaqə saxladılar”, - Kanada Hərbi Hava Qüvvələrinin “Twitter”dəki bəyanatında deyilir.
Daha əvvəl Kanada Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən bildirilirdi ki, təyyarə ölkənin qərb hissəsində, Kamlups şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu halda hadisənin şahidi “Global News” telekanalına bildirib ki, pilot katapulta vasitəsilə xilas olub.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib