“Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 500 min manat məbləğində vəsait köçürüb.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi “Kapital Bank” da müəyyən məbləği qeyd olunan hesaba köçürməyi özünə borc bilib.
Qeyd edək ki, “Kapital Bank” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara güzəştlər etmək çağırışına qoşulub. Virusun yaratdığı çətinliklər nəzərə alınaraq sahibkarlara müxtəlif bank əməliyyatlarına güzəştlər tətbiq edilib. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə xarici ölkələrə olan köçürmələrini endirimli komissiyalarla icra edə bilirlər. Həmçinin biznes kreditləri tam komisiyyasız rəsmiləşdirilir.
Bundan başqa, müştərilər “BirBank” mobil tətbiqi vasitəsilə evdən çıxmadan əksər bank xidmətlərini, həmçinin ödəniş və köçürmələrini öz smartfonları vasitəsilə həyata keçirə bilirlər. Həm “BirBank”, həm də Müştəri Bank 24/7 rejimində, fasiləsiz olaraq istifadəçilərin ixtiyarındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək lazımdır.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb