29 iyul 2020 17:27
338

Karantin qaydalarını pozan idman zalı aşkarlandı

Paytaxtın Nərimanov rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Həsən Əliyev küçəsi 50 ünvanında yerləşən Qəhrəman İbrahimova məxsus “GYMCİTY” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu aşkar edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 3 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi intizam tədbirləri görülüb.

Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.