29 noyabr 2020 19:41
469

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı

Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir.

"İki sahil" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Xidmət rəisi bildirib ki, Kəlbəcərdə İstisu və Tutqun termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

Ə.Əliyev qeyd edib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alaraq şəfa tapırdı.