25 noyabr 2020 06:30
730

Kəndlinin tövləsi və tayası yandı

Şamaxı rayonunun Qaleybuğurd kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və altına yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.