29 iyun 2020 15:13
1070

Koronavirusa görə albomunu təxirə saldı

İngilis müğənni Adele koronavirusa görə 4-cü albomunu yayımlamağı təxirə salıb.

“İki sahil” xəbər verir ki, müğənni maraqla gözlənilən albomun nə zaman çıxacağını “İnstagram”dan soruşan izləyicisinə, koronavirusun bitmədiyini deyərək əlavə edib ki, hələ karantindədir: “Koronavirus hələ bitməyib. Bu səbəbdən də albom çıxmayacaq. Maskanı tax və səbirli ol”.

Adelenin 2015-ci ildən sonra çıxaracağı ilk albonunun nə zaman işıq üzü görəcəyi məlum olmasa da müğənniyə yaxın mənbələr yeni ilə ertələndiyini bildirib.