24 avqust 2019 10:51
742

KXDR daha bir raket buraxılışını həyata keçirib

KXDR daha bir raket buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya hakimiyyəti bildirib.

Məlumata əsasən, raketlər Yaponiyanın ərazi sularına, həmçinin ölkənin müstəsna iqtisadi zonasına çatmayıb.

Qeyd edilir ki, Yaponiya hakimiyyəti hazırda KXDR-in növbəti raket buraxılışı ilə bağlı məlumat toplayır və təhlil edir.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR-in atdığı raketlər ballistik olub. Bu atış Yaponiyanın təhlükəsizliyinə heç bir təhlükə yaratmadı.