04 avqust 2020 23:37
889

Livanda partlayışla əlaqədar matəm elan edildi

Livanda ölkənin paytaxtı Beyrutda bşa verən partlayışla əlaqədar matəm elan edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə matəm baş nazir Həsən Diyabın qərarı ilə elan edilib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində azı 40 nəfər ölüb, çox sayda yaralananlar var.

Partlayışın səbəbi barədə məlumat verilmir.