12 fevral 2020 16:26
569

Luis Hamilton “Mercedes” ilə danışıqlara başlayıb

“Mercedes”in pilotu Luis Hamilton komandanın rəhbəri Toto Volff ilə yeni müqavilə barədə danışıqlara başlayıb.

Bu barədə Böyük Britaniyanın “The Sun” nəşri məlumat yayıb.

Tərəflər 180 milyon funt-sterlinq müqabilində üçillik müqavilənin şərtlərini müzakirə edirlər. Nəzərə alsaq ki, tərəflər arasında mövcud razılaşmanın vaxtı başa çatıb, o halda yeni anlaşmanın müzakirəsi normaldır. Amma “Ferrari”nin Hamiltonu heyətinə cəlb etmək istəyi ilə bağlı xəbərlər məsələni qəlizləşdirir. Təbii ki, “Mercedes” aparıcı pilotunu itirmək istəmir. Ən azı ona görə ki, britaniyalı pilot son 6 ildə “Mercedes”lə 5 dəfə dünya çempionu olub.

Qeyd edək ki, Formula 1-in yeni mövsümünə martın 15-də Avstraliyada start veriləcək. Azərbaycan Qran-Prisi isə iyunun 5-7-də təşkil olunacaq.