13 yanvar 2020 17:27
953

Luiz Suares 4 ay yaşıl meydanlardan kənarda qalacaq

İspaniyanın “Barselona” futbol klubu ciddi itki ilə üzləşib.

Komandanın əsas hücumçularından olan Luiz Suares dizindən əməliyyat olunub. Klubun rəsmi saytı 32 yaşlı uruqvaylı hücumçunun 4 ay meydana çıxa bilməyəcəyini açıqlayıb.

L.Suares ötən mövsümün sonunda da dizindən əməliyyat olunub.

Qeyd edək ki, uruqvaylı hücumçu cari mövsümdə Kataloniya klubunun heyətində keçirdiyi 23 matçda 14 qol vurub və 11 məhsuldar ötürmə edib. //AZƏRTAC