25 iyun 2020 13:18
464

Maskasız sərnişini polis avtobusdan kənarlaşdıracaq

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobuslarında maskadan istifadənin qadağan edilməsilə bağlı nəzarət tədbirlərinə start verib. “İki sahil” xəbər verir ki, bunu Agentliyin sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib.

Onun sözlərinə görə, agentlik artıq bu gündən bu məsələ ilə bağlı tam qüvvəsi ilə xidmət göstərir. Əməkdaşlarımız şəhər ərazisindəki bütün məntəqələrimizdə nəzarət həyata keçirir. Dayanacaqlarda əməkdaşlarımız dünəndən etibarən sərnişinlər arasında təbliğat aparır. Qanunvericiliyə görə, maskadan istifadə etməyən şəxslər cəzalanmalıdır. Amma biz cərimələnmənin tərəfdarı deyilik, ona görə də maarifləndirmə xarakterli tədbirlər həyata keçirir və insanları maskadan istifadəyə çağırırıq. Bakı Nəqliyyat Agentliyi bununla bağlı sərnişindaşımadakı daşıyıcılara və onların sürücülərinə xəbərdarlıqlar edib. Sürücülərə tapşırılıb ki, avtobusa maskasız sərnişin daxil olan kimi nəqliyyat vasitəsini saxlasın və dayanacaqdan tərpənməsin. Həmçinin sərnişinlər arasında təbliğat aparırıq ki, avtobuslarda maskasız şəxs gördükləri halda ictimai qınaq obyektinə çevirsinlər. Sürücülərə də tapşırılıb ki, avtobusda maskasız şəxs aşkarlayarlarsa, dərhal yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər. Bununla da maskasız sərnişin polis vasitəsilə avtobusdan kənarlaşdırılacaq".