23 avqust 2022 12:34
470

Məktəb psixoloqlarında intiharın səbəbini axtarmaq və ona yönəlmək doğru deyil

“Məktəb psixoloqlarında intiharın səbəbini axtarmaq və ona yönəlmək doğru deyil. Bunun səbəbləri tam başqadır”.

“İki sahil” xəbər verir ki,  bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə görünmür.

Nazir həmçinin psixoloqların maaşları ilə bağlı məsələyə də toxunub:

“Əvvəllər şagird sayından asılı olmayaraq, hər məktəbdə bir psixoloq fəaliyyət göstərirdi. Biz hazırda məktəblərdə qısnama, bullinq və.s halları ilə bağlı psixoloji xidmətin mahiyyətinin dəyişməsi haqda düşünürük. Bununla bağlı işlərə başlamışıq. Bundan sonra əməkhaqqı məsələsinə də yenidən baxıla bilər. Burada əsas məqam məktəblərdə psixoloji xidmətin keyfiyyətini artırmaqdır”.