13 yanvar 2021 19:37
779

Messi Superkubok oyununu buraxa bilər

"Barselona"nın kapitanı Lionel Messi İspaniya Superkubokunun yarımfinal oyununu buraxa bilər.

"İki sahil" bildirir ki, buna səbəb argentinalı superulduzun yüngül zədəsinin olmasıdır.

33 yaşlı ön xətt oyunçusu son məşqdə iştirak etməyib. O, La Liqanın ötən turunda "Qranada" ilə matçda (4:0) əzələlərində narahatlıq hiss etdiyi üçün əvəzlənmişdi. Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinal mərhələsinin ilk matçında "Barselona" bu gün "Real Sosyedad"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.