16 yanvar 2020 11:10
956

Mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır

"Bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər müsbət mənada gərgin şəkildə keçir". Secki-2020.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır: “KİV-lər yeganə qurumdur ki, heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir”.