Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. “İki sahil” AFFA-ya istinadən xəbər verir ki komandamız Xomutov şəhərində saat 20:00-da Çexiya millisi ilə qarşılaşacaq.
Adıçəkilən yığmalar arasında ötən il noyabrın 5-də “Bayıl Arena"dakı görüş rəqibin 4:0 hesabıyla qələbəsiylə nəticələnib. Xalsız və qrup autsayderi olan millimiz bu oyunda uğursuz gedişata son qoymaq üçün çalışacaq.
AÇ-2021-in seçmə mərhələsi
D qrupu
27 oktyabr 20:00.
exiya - Azərbaycan
Hakimlər: Eşter Urban, Xudit Kulçşar, Katalin Török (hamısı Macarıstan), Volqa Tsiareşka (Belarus).
Xallar: İspaniya – 13, Polşa – 11, Çexiya – 10, Moldova – 3, Azərbaycan – 0.