Oktyabrın 24-25-də Misir parlamentinin aşağı palatasına seçkilərin ilk mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 568 deputat yeri olan parlamentə seçkilər Misirin 14 vilayətində baş tutub. Milli Seçki Komissiyasının sədri Ləşin İbrahim bildirib ki, seçkilərin nəticələri noyabrın 15-də açıqlanacaq. Seçkilərin ikinci turu isə noyabrın 24-25-də keçiriləcək.
Bundan başqa, oktyabrın 21-23-də xarici ölkələrdə yaşayan Misir vətəndaşları səfirliklərdə səs veriblər.
İspaniya Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyə qərar verib
Cənubi Koreya Prezidenti Kim Çen İn və Tramp arasında görüş ideyasını dəstəkləyib
Maduro: Venesuelanın əsas hava müdafiəsi mövqelərində 5 min "İqla" raket kompleksi var