05 avqust 2020 01:32
1043

Moskvada daha 11 nəfər koronavirusdan ölüb

Moskvada sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 521-ə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 861 423, ölənlərin sayı isə 14 351 nəfərdir. Ölkədə 185 601 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.