31 iyul 2020 18:50
1271

Moskvada iyulda ən çox yoluxma qeydə alınıb

Ötən gün Rusiyada 5 min 482 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Gün ərzində 161 xəstə vəfat edib, 8755 nəfər sağalaraq evə buraxılıb. Ən çox yoluxma halı Moskvada (695) qeydə alınıb. Bu, iyul ayı ərzində ən yüksək göstəricidir. Moskva meri Sergey Sobyanin maska taxmayan alıcıların paytaxt mağazalarına buraxılmaması barədə tapşırıq verib. Maska taxmaqdan imtina edən alıcı barəsində polisə məlumat veriləcək.

Rusiyada bütün dövr ərzində koronavirus infeksiyasına yoluxanların ümumi sayı 839 min 981 nəfərə çatıb, sağalanların sayı 638 min 410 nəfər sağalıb, 13 min 963 pasiyent vəfat edib.

Rusiya COVID-19 xəstələrinin sayına görə, ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur. //AZƏRTAC