07 sentyabr 2020 11:24
696

Muçu kəndində taya yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Muçu kəndində (rayon mərkəzindən 83 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) həyətyanı sahədə ot tayalarının yanması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.