03 avqust 2020 11:17
858

Müəllimlərin elektron sənəd qəbulunun nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri açıqlanıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

Nazirlikdən bildirilib ki, müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb. Test imtahanının mərhələsi barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xatırladaq ki, müsabiqəyə elektron sənəd qəbulu iyulun 16-25-də həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 53 min 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 min 227 namizəd elektron ərizəsini təsdiq edib.