16 yanvar 2020 12:49
999

Müsabiqənin müddəti uzadılıb

“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat müddəti uzadılıb.

"İki sahil" xəbər verir ki, Təhsil Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyənlər 21 yanvar 2020-ci il tarixinədək bu portala daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı saytdan əldə edə bilərsiniz.

Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.