Hindistanın mərkəzi hissəsində yerləşən Madhya-Pradeş ştatında güclü Musson yağışları səbəbindən azı 202 nəfər həlak olub.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, təbii fəlakət 10 mindən çox yaşayış binasına zərər vurub, 231 binanı isə tamamilə dağıdıb. Daşqınlar səbəbindən 8,5 min nəfər təxliyə edilib.
Ştatın hakimiyyət orqanları həlak olan hər bir insanın ailəsinə 400 min rupi yardım ödəyəcək. Xəsarət alanlara və əmlakını itirənlərə də pul ödəniləcək. Sinoptiklər ştatın bəzi rayonlarında güclü leysan yağışlarının ən azı daha bir sutka davam edəcəyini bildiriblər.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib