18 may 2020 19:46
1272

Nazirlər Kabinetinin sözçüsü: Mütəxəssislər sonrakı günlərlə bağlı nə deyəcəksə, o da olacaq

İbrahim Məmmədov: Rayonlara gediş-gəlişin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır

Rayonlara gediş-gəliş və ölkə sərhədlərinin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, iyun-iyul aylarında toyların bərpa olunması ilə bağlı bu gün nəsə deyə bilmədiklərini söyləyib:

"Bugünkü statistika bunu deməyə əsas verir. Mütəxəssislər sonrakı günlərlə bağlı nə deyəcəksə, o da olacaq".