Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az səhifəsi vasitəsilə həyata keçirilir.
Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün mayın 31-dək müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də [email protected] və ya [email protected] elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq.
"AnewZ" Ruben Vardanyan haqqında "The Oligarch"s Design" adlı sənədli film hazırlayıb
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib - FOTO