24 avqust 2020 18:21
33607

Necə edək ki, yuxumuz qaçsın?

Əlbəttə, yuxu fiziki və zehni sağlamlığımız üçün zəruridir. Ancaq bəzən gecələr çox vacib işimiz olduğu zaman, məsələn,imtahana hazırlaşarkən yuxumuzun qaçmasını istəyirik. Çox sadə üsullardan istifadə etməklə yuxumuzu qaçıra bilərik.Bəs bu üsullar hansılardır?

1. Yeni sıxılmış meyvə şirələrinin və meyvə turşusu ilə zəngin olan meyvələrin istehlakı yuxu qaçıran vasitələrdən biridir.

Tərkibindəki vitaminlər bədənimizi enerji ilə təmin edir. Bu bizim güclü hiss etməyimizə kömək olur. Qreypfrut və portağal kimi yüksək meyvə turşusu olan meyvələrlə daha təsirli nəticələr əldə edəcəksiniz.

2. Şəkərsiz qəhvə və ya kola yuxunu qaçırmaq üçün ən təsirli vasitələrdir.

Qəhvənin yuxuya getməməniz üçün belə bir yayılmış və təsirli bir üsul olmasının səbəbi tərkibindəki yüksək miqdarda kofein olmasıdır. Kolanın tərkibində müəyyən miqdarda şəkər və kofein var. Şəkər enerji təmin edərkən, kofein stimullaşdırıcı bir keyfiyyətə malikdir.

3.Şokolad və ya şirniyyat yuxunu yaxın buraxmamaq üçün yaxşı üsuldur.

Səbəb tərkibindəki şəkərin çox olmasıdır. Şəkər enerji verən kimi, canlılığı hiss edirik. Ancaq diqqətli olun, əgər hipoqlikemiya və ya insulin müqaviməti kimi xəstəlikləriniz varsa, bu üsul daha çox yuxulu hiss etməyinizə səbəb ola bilər.

4. Saqqız çeynəmək yuxunu qaçırmağın effektiv yollarından biridir.

Saqqız mədəni stimullaşdıraraq oyadır. Çeynəmə hərəkəti ilə tüpürcək ifrazı artır və maddələr mübadiləsi sürətlənir.

5.Qısa bir gəzinti və ya açıq havada idman etmək yuxudan yayınmağınız  üçün yaxşı bir yoldur.

Təmiz havada gəzmək orqanizmi canlandırır. Yuxu gəldiyi halda 15-20 dəqiqə məşq etsəniz, adrenalin səviyyəsinin artması ilə daha canlı qala bilərsiniz.

6.Musiqi dinləmək də yuxunu qaçırmağın yollarından biridir

Xüsusilə canlı, hərəkətli bir musiqiyə qulaq asırıqsa, üzərimizdəki ağırlıqdan yaxa qurtarırıq və canlanırıq. Əslində, klassik musiqiyə qulaq asmaq təhsil alarkən insanların konsentrasiyasını artırdığına dair müxtəlif tədqiqatlar mövcuddur.

7. Üzü soyuq su ilə yuyun

Vaxtaşırı üzünüzü soyuq su ilə yumaq sizi daha gümrah və canlı edəcəkdir.

Samirə İsmayılova, “İki sahil”