13 yanvar 2020 18:07
611

“Neftçi” komandası xatirə turnirinin qalibi olub

“Neftçi” klubunun U-10 komandası veteran futbolçu, SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirin qalibi olub.

AZƏRTAC kluba istinadla xəbər verir ki, “ağ-qaralar” 2010-cu il təvəllüdlü futbolçular arasında keçirilmiş yarışın final matçında “Qarabağ”ı 5:3 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.

Əli Musazadə het-trikə imza atıb. Komandanın digər qollarını Yusif Quliyev və Rəşad Şirməmmədli vurublar. Yusif Quliyev 6 qolla turnirin ən məhsuldar futbolçusu olub.

Qeyd edək ki, “Amasiya” İdman Kompleksində təşkil olunmuş, 8 komandanın 2 qrupda mübarizə apardığı turnirdə “Neftçi” bunadək “Amasiya” (9:1), ROFM (3:1) və “İrani” (İran, 2:3) komandaları ilə qarşılaşıb.