03 sentyabr 2018 14:48
1224

Kosovonun millimizlə oyun üçün heyəti açıqlandı

Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə  oyunlar üçün heyəti açıqlanıb.

Qol.az-ın Kosovo Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə,  baş məşqçi Bernard Şallan 24 futbolçuya dəvət göndərib. 

Komandanın ulduz futbolçusu – “Latsio”da çıxış edən yarımmüdafiəçi Valon Berişa zədə səbəbində milliyə çağrılmayıb.

Qapıçılar: Samir Uykani ("Rizəspor"), Faton Maloku ("Kukesi"), Visar Bekay ("Priştina");

Müdafiəçilər: Armi Rrahmani ("Dinamo", Zaqreb), Fidan Aliti ("Skenderbeu"), Mergim Voyvoda ("Muskron"), Ardian İsmajli ("Hayduk"), Kastriot Dermaku ("Kosenza"), Leart Paqarada ("Sandhauzen"), Benjamin Kololli ("Sürix"), Jetmir Krasniqi ("Luqano"), Arbenit Xhemayli ("Ksamaks");

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix"), Herolind Şala ("Start"), İdriz Voka ("Lüzern"), Bernard Berişa ("Axmat"), Arber Zeneli ("Heerenveen"), Milot Reşika ("Verder"), Edon Zegrova ("Genk"), Bersant Kelina ("Suonsi");

Hücumçular: Elbasan Raşani ("Odds"), Donis Avdiyay ("Villem II"), Vedat Muriqi ("Rizəspor"), Adhe Nuhiu ("Şeffield").

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.