06 dekabr 2018 23:29
22592

İnsanlar haqqında maraqlı faktlar...

İnsan sirrlərlə və bilgilərlə dolu elə bir dünyadır ki, oxumaqla, öyrənməklə bitməz. İnsanlar haqqında maraqlı faktlar və məlumatların çoxundan xəbərsizik.

[ İnsan 6 gün durmadan yatarsa, oyananda kim olduğunu xatırlamaz.

[ Hipokondriya - “xəstəliyin xəstəliyi” deməkdir. Belə insanlar sağlam olsalar da, özlərini xəstə kimi hiss edirlər. Onlar qrip olduqda, özlərini xərçəng xəstəsi kimi aparırlar.

[ Ən az infarkt keçirənlər alkoqoliqlərdir.

[ Dünyada nadir rast gəlinən xəstəlikdən biri də “pupula duplex”-dir. Bu xəstələrin gözündə iki bəbəyi olur.

[ İnsan çəkisinin 15 fazini dəri təşkil edir.

[ İnsanların 70 faizi “dejavu” halını yaşayır. Dejavu sözü fransızcadan tərcümədə “artıq gördüm” deməkdir.

[ Əgər insan 60 gün ərzində yalnız “fast food”-la qidalanarsa, onun ürək qan-damar sisteminin 95 faizi tutulacaq və sonda ölümlə nəticələnəcək.

[ Yanaqdaki batıqlar genetik qüsurdur. Əzələ sistemi düzgün inkişaf etmədiyi üçün yanaqda belə batıqlar əmələ gəlir.

[ İnsan öldükdən 7 dəqiqə sonra beyin ölümü baş tutur.7 dəqiqə içində insanın xatirələri gözünün qabağından keçir.

[ Asqırma zamanı insanın bütün funksiyaları dayanır, hətta ürək də.

[ İnsan beyninin həcmi 4 terabytdan çoxdur.

[ Bir insanın beyni gün ərzində bütün dünyadakı telefonlardan daha çox elektrik impulsu generasiya edir.

[ İnsan ürəyi orta ömür boyu 182 milyon litr qan dövriyyəsini həyata keçirir.

[ Qadınların ürəyi kişilərin ürəyinə nisbətən daha sürətli döyünür.

[ İnsan gördüyü yuxuların 90 faizini unudur.

[ İnsan qızardıqda, mədəsi də qırmızı rəng alır.

[ Dörd yaşlı uşaq gündə ortalama 450 sual verir.

[ Göbəyin elmi adı - umbilikusdur.

[ Diş insanda yeganə orqandır ki, bərpa olunmur.

[ İnsan orqanizmində yaşayan bakteriyaların çəkisi 2 kq təşkil edir.

[ İnsan orqanizmindəki kalsiumun 99 faizi dişlərdə toplanıb.

[ İnsan dodaqları barmaqlardan yüz dəfələrlə çox hissiyyatlıdır.

[ İnsanın çeynəmə əzələlərinin bir tərəfinin gücü 195 kq-a bərabərdir.

[ Ömür boyu insanın dərisi təxminən 1000 dəfə yenilənir.

[ Mavi gözlü insanlar ağrıya daha çox həssasdırlar.

[ Sarışın insanlarda saqqal qarayanız insanlara nisbətən daha tez uzanır.

[ İnsan bədənində ən güclü əzələ dildədir.

[ Uşaq doğulduqda bədənində 300 sümük olur, yetişkənlik dövründə sümüklərin sayı 206-ya enir.

[ Orta yaşlı insan gün ərzində 23 000 dəfə nəfəs alıb-verir.

[ İnsan gözü 10 milyona kimi rəng çalarını fərqləndirə bilir.

[ Normal insanın söz ehtiyatı 5-6 mindir.

[ Qida ağız suyuna qarışmadan insan onun dadını hiss edə bilmir. Misal üçün əgər quru dilə duz qoyulsa, dad bilmə reseptorları onu müəyyən edə bilməyəcəklər. Amma bir damcı su qatılsa, duz dərhal əriyəcək və insan dad hiss edəcək. Bu bütün məhsullar üçün də belədir.

[ Şəhadət barmağı insan əlinin ən hissiyatlı barmağıdır.

[ İnsanın başında 100 minə yaxın saç olur.

[ İQ göstəricisi azaldıqca insan daha çox yuxu görür.

[ İnsanda yaranan xəstəliklərin 90 %-nin səbəbi stressdir.

[ Gün ərzində insanlar orta hesabla 60-100 arası saç itirir.

[ Əl barmaqların dırnaqları ayaq barmaqların dırnaqları ilə müqayisədə 4 dəfə tez böyüyür.

Yaqut Ağaşahqızı, “İki sahil”