Oktyabrın 3-də Cenevrəyə səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) baş direktoru Fransis Qarri ilə görüşüb.
Nazirlikdən bildiriblər ki, görüşdə, həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsı Vaqif Sadıqov iştirak ediblər.
Görüşdə Azərbaycan ilə DƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması və inkişafının təşviqi, ali təhsil müəssisələrinin əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda M.Cabbarov və F.Qarri Birgə bəyanat imzalayıblar.
DƏMT ilə əməkdaşlıq ali təhsil müəssisələrinin iqtisadi sahə ilə sıx inteqrasiyasına, o cümlədən “start-up”ların inkişafına yönəlmiş ekosistemin qurulmasına yeni imkanlar yaradacaq.