24 yanvar 2017 00:05
8648

Misilsiz faydası olan sarıkök

Daha çox kulinariyada adını eşitdiyimiz sarıkökün hər dərdin dərmanı olduğunu bilirsinizmi? Bu möcüzəvi bitkinin vətəni Hindistandır. Sarı rəngli çiçəyi, iti uclu yarpaqları olan bu bitkinin kök hissəsindən ədviya əldə edilir. Sarıkök yeməklərdə və rəngləndirici kimi parçalarda istifadə edilir.  Bütün bunlarla yanaş, tibb də istifadə edilir. Tərkibində dəmir, B6 və C vitamini, mangan, və başqa minerallar olan sarıkök min bir dərdin dərmanıdır.

Sarıkökün sağlamlığa faydaları

Çox qədim zamanlardan bəri istifadə olunan sarıkök bir çox xərçəng xəstəlikləri ilə mübarizədə güclü təsirə malikdir. Sarıkök xərçənglə yanaşı, yaşlılarda rast gəlinən Alzaymır xəstəliyi riskini də azaldır. Antibakterial xüsusiyyətinə malik olan sarıkökdən dəri xəstəliklərində istifadə edilir. Tərkibində olan antioksid maddə sayəsində  orqanizmdəki zərərli maddələrdən xilas olmağa kömək edir. Qanı təmizləyərək damar tutulmasının qarşısını alır. Bunun sayəsində infarkt riskini də azaldır. Yel xəstəlikləri (revmotizm), diabet, xolesteril kimi xəstəliklərə kömək edir. Eyni zamanda dietoloqlar arıqlamaq istəyən insanlara bu bitkini məsləhət görürlər.

Xərçənglə mübarizədə əvəzsizdir

Amansız bir xəstəlik olan xərçəngin təbii yollarla müalicəsi mərhələsində ağıla gələn ilk şey sarıkökdür.  Daha çox döş, dəri  və prostat xərçənginin qarşısını almaqda əvəzsizdir. Tərkibində olan maddələr sayəsində hətta xərçəngə tutulan insanlarda xərçəng hüceyrələrini məhv edilməsinə də kömək edir.

Diabeti tənzimləyir

Sarıkök diabetdən əziyyət çəkən insanların yükünü azaldır, desək yanılmarıq. Orqanizmdə bir növ insulin rolu oynayan bu möcüzəvi bitki qan şəkərini sağlam bir səviyyədə saxlayır. Daha önəmli bir xüsusiyyəti isə 2-ci tip diabetin qarşısını almağa qadir olmasıdır.

Xolesterini tənzimləyir

Araşdırmalar nəticəsində məlum olub ki, qida olaraq sarıkökdən yeməklərdə istifadə etdikdə xolesterin səviyyəsi tarazlanır.

İmmuniteti gücləndirir

Orqanizmdəki maddələr mübadiləsinə kömək edən, tərkibində lipopolisakarit olaraq bilinən maddə olduğundan iltihab, bakteriyalara qarşı çox təsirlidir. Əgər soyuqdəymə, öskürək və qripdən əziyyət çəkirsinizsə, bir stəkan ilıq südə bir çay qaşığı sarıkök qarışdırıb için. Bu sizi rahatladacaq və kömək edəcək.

Arıqlamağa kömək edir

Sarıkök ideal bədən ölçüsü arzulayan insanların dostudur. Bilirik ki, artıq çəki bir çox xəstəliyə səbəb olur. Artıq çəki ilə  bağlı xəstəliklərdə sarıkök çayı istifadə olunur.

Alzeimer xəstəliyinin qarşısını alır

Alzaimer bir beyin xəstəliyidir. Daha çox yaşlı insanlarda rast gəlinən bu xəstəliyin qarşısını almaq bu bitki ilə mümkündür. Belə ki, sarıkök beyində oksigen artımını tezləşdirdiyi üçün bu xəstəliyin qarşısını alır. Sübut olunub ki, sarıkök beyin fəaliyyətini yaxşılaşdırır və yaddaşı gücləndirir.

Qaraciyər xəstəliklərinə qarşı qoruyucudur

Sarıkök orqanizmdə olan toksinlərin təmizlənməsinə kömək edir. Eyni zamanda qan dövranını sürətləndirir və bədən temperaturunu qoruyur. Orqanizmin daha sürətli təmizlənməsinə kömək edir.

Dəri xəstəliklərində istifadə olunur

Sarıkök güclü iltihab məhv edən xüsusiyyətə malikdir. Bu səbəbdən dəridə olan sızanaqlara qarşı kremlərin hazırlanmasında ən çox istifadə edilən bitkidir. Sarıkök diş ağartmada da istifadə edilir. Damaqlarda iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu, iltihabın azalmasına kömək edir.

Röya Şahbazi, “İki sahil”