23 sentyabr 2020 10:11
631

Ötən gün Pakistanda koronavirusa 582 nəfər yoluxub

Ötən gün Pakistanda 582 nəfərdə COVID-19 virusu aşkarlanıb və pandemiya dövründə infeksiyaya yoluxanların sayı 306 min 886 nəfər təşkil edib.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada virusdan 4 xəstə dünyasını dəyişib, ölənlərin sayı 6 min 424 nəfərə çatıb. Xəstəxanalarda 7 min 303 nəfər müalicə edilir, onlardan 570-nin vəziyyəti ağırdır. İndiyədək 293 min 159 xəstə sağalıb.