“Liverpul” futbol klubunun rəhbərləri bu klubun kapitanı Stiven Cerrardın yarımmüdafiəçi karyerasının sonuna yaxın ondan qurtulmağa çalışırdılar.
AZƏRTAC “Qazeta.Ru” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” komandası və İngiltərə yığması üzrə Cerrardın keçmiş tərəfdaşı Maykl Ouen bu sözləri “Sky Sports” telekanalına müsahibəsində söyləyib.
2015-ci ildə “Liverpul”u tərk edərək Amerikanın “Los-Anceles Qelaksi” klubuna keçən Cerrard 2017-ci ildə peşəkar karyerasını başa vurub.
Ouen deyib: “Mən 2015-ci ildə Stivenin ABŞ-a güclü getmək və orada oynamaq istədiyinə çox şübhə edirəm. Klub onun hələ iki il əvvəl getməsini arzu edirdi. Əminəm ki, Stiven öz karyerasını “Liverpul”da başa vurmağı üstün tutardı. O, matçlarda get-gedə az oynayar, sonra isə onu məşqçi qərargahına birləşdirə bilərdilər. Lakin bunun əvəzinə “Liverpul” onu tələsdirdi, çünki Cerrard komandanın simvoluna çevrilmişdi, o, bütövlükdə klubdan daha əhəmiyyətli idi”.
Cerrard futbolçu kimi “Liverpul”un heyətində 17 mövsüm keçirib (1998-2015), bu komandanın tərkibində o üç dəfə İngiltərə Liqası Kubokunun qalibi, iki dəfə İngiltərə Kubokunun və İngiltərə Superkubokunun, həmçinin UEFA Superkubokunun sahibi olub. Cerrard bir dəfə UEFA Kubokunda və bir dəfə Çempionlar Liqasında qalib gəlib.
Yarımmüdafiəçi ABŞ-da karyerasını tamamlayandan sonra “Liverpul”un gənclərdən ibarət komandasına başçılıq edib (2017-2018), 2018-ci ildən Şotlandiyanın “ReynCers” komandasının məşqçisidir.