31 may 2020 17:19
372

Pakistanda son sutkada 88 nəfər pandemiyanın qurbanı olub

Pakistanda son 1 gündə 88 nəfər pandemiyanın qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Ötən sutkada Pakistanda koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

Bildirilir ki, eyni dövr ərzində 5 165 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, Cənubi Asiya ölkəsində qeydə alınmış yoluxma faktlarının sayı 69 496-ya, ölümlərin sayı isə 1 483-ə yüksəlib. İndiyədək 25 271 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.