Avropa İttifaqı və Kanada arasında danışıqları on ildən çox əvvəl yekunlaşan Hərtərəfli İqtisadi və Ticarət Sazişinin (CETA) tam ratifikasiya olunması yolunda əsas maneələrdən biri ənənəvi Avropa pendirlərinin mühafizəsi ilə bağlı mübahisələr olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Rapporteur" portalı məlumat verib.

Fikir ayrılıqları sazişdə nəzərdə tutulan və Kanadadakı bəzi istehsalçılara ənənəvi Avropa pendirlərinin adlarından istifadəni davam etdirməyə imkan verən müstəsna hallara görə yaranıb. Bu səbəbdən Kipr "halloumi", Yunanıstan "feta", İtaliya isə "qorqonzola", "fontina", "aziyaqo" və "parmezan" brendlərinə görə sazişə qarşı çıxıb. İ
taliyada Kanada istehsalçılarının "parmezan" adından istifadə etməsinin ənənəvi "Parmigiano Reggiano" pendirinin mühafizəsini zəiflədəcəyindən ehtiyat edirdilər.
CETA 2017-ci ildən müvəqqəti əsasda tətbiq olunur, lakin onun tam qüvvəyə minməsi üçün Aİ-nin bütün ölkələri tərəfindən ratifikasiya edilməsi tələb olunur. Portalın məlumatına görə, birliyin doqquz dövləti hələ də bu proseduru yekunlaşdırmayıb.
ABŞ Maliyyə Nazirliyi NIS şirkətinin fəaliyyət lisenziyasının müddətini uzadıb
Uşakov: Ukrayna üzrə üçtərəfli görüşün tarixləri həftənin sonunadək açıqlana bilər