18 aprel 2019 20:14
182

PlayStation 5 gəlir

SSD yaddaş, 8K keyfiyyətində oyunlar...

Wired saytına müsahibəsi zamanı Sony şirkətinin sistem arxitektoru olan Mark Cerny şirkətin yeni nəsil oyun konsolu barəsində ilkin məlumatları verib.

Technote bildirir ki, Mark Cerny-nin sözlərinə əsasən PlayStation 5 Zen 2 şirkətinin 7 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış 8 nüvəli üçüncü nəsil AMD Ryzen prosessoruna sahib olacaq. Oyun konsolunun qrafik özəlliklərindən isə AMD Radeon Naviseriyasının videokartı cavabdeh olacaq.

Sözügedə videokart hal hazırda oyun sənayesindəki bütün yeni qrafik özəllikləri dəstəkləyir. Renderinq prosesinin sürətlənməsi və yüklənmənin aşağı salınması üçün PlayStation 5 konsolu SSD yaddaşa sahib olacaq. Bütün bunlardan əlavə olaraq yeni oyun konsolu PlayStation 4 oyunlarını və PlayStation VR-ı dəstəkləyəcək. PlayStation 5 həmçinin 8K keyfiyyətində oyunları da işə salmaq gücünə sahib olacaq.

Yeni oyun konsolunda həmçinin təkmilləşdirilmiş səs sistemi də olacaq. Belə ki, konsola quraşdırılacvaq AMD audioçipi vasitəsilə PlayStation 5 tam 3D səs effektini təmin edə biləcək. Bunun üçün istifadəçiyə hətta bahalı təchizat almağa ehtiyac qalmayacaq. Bütün bunlara baxmayaraq Mark Cerny PlayStation 5-in çıxış tarixi barəsində heç bir məlumat verməyib. Son yayılmış məlumat sızıntılarında qeyd olunur ki, yeni oyun konsolu 2020-ci ildə satışa çıxmalıdır.