21 sentyabr 2019 15:59
1156

Prezident İlham Əliyev Musa Şəkiliyevi təltif etdi

Prezident İlham Əliyev M.Ş.Şəkiliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.