"Murov Az Terminal” VK-nın idman zalında “Murov Az Terminal” və “Turan” komandaları üz-üzə gəlib. Qarşılaşma “Turan” kollektivinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qadın voleybolçuların Super Liqasında növbəti oyun noyabrın 18-də keçiriləcək. Tovuz OİK-də baş tutacaq görüşdə “Turan” və “Naxçıvan” komandaları qarşılaşacaqlar. Oyun saat 19:00-da başlayacaq.
16 noyabr
Super Liqa
IX tur
“Murov Az Terminal” - “Turan” 0:3 (15:25, 13:25, 33:35)