30 noyabr 2020 16:28
791

“Qalatasaray”ın kapitanı 5 aydan sonra məşqə başlayıb

Türkiyənin “Qalatasaray” klubunun kapitanı Fernando Muslera zədəsini sağaldıb.

"İki sahil" apa-ya istinadən xəbər verir ki, uruqvaylı qolkiper uzun fasilədən sonra ilk məşqinə çıxıb.

“Cim-bom” Super Liqanın XI turunda “Hatayspor”la keçiriləcək matça hazırlaşırsa, Muslera qapıçı məşqçisinin nəzarəti altında meydana çıxıb. 34 yaşlı Muslera onun üçün hazırlanan xüsusi proqram üzrə meydana uyğunlaşma çalışmalarına başlayıb.

Qeyd edək ki, ötən mövsümün XXVII turunda “Rizəspor”la iyunda keçirilən matçda Fernando Musleranın sağ ayağı qırılmışdı.