26 sentyabr 2020 16:31
856

“Qarabağ” komandasını diqqətlə təhlil etməliyik

Pley-off mərhələsinə daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı diqqətlə öyrənməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik.

Bunu UEFA Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç deyib.

Bir neçə gün əvvəl “Legiya”ya baş məşqçisi vəzifəsinə təyin edilən 50 yaşlı mütəxəssis bildirib: “Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ” ilə matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da bəzi çatışmazlıqları ortaya çıxaracaq”.

Qeyd edək ki, “Legiya”–“Qarabağ” oyunu oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.