25 sentyabr 2020 13:59
695

Qayane Abraamyan mandatından imtina edib

Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasından olan deputatı Qayane Abraamyan mandatından imtina edib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, müvafiq qərar qanunverici orqanın saytında dərc edilib.

Hakim Vətəndaş Razılşması Partiyasına baş nazir Nikol Paşinyan rəhbərlik edir. Təşkilatın parlamentdəki fraksiyası isə “Mənim Addımım” adı altında fəaliyyət göstərir. 

Qeyd edək ki, daha öncə eyni fraksiyanın deputatı Arsen Culfalakyan mandatından imtina edib. Buna səbəb Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutünyanla fikir ayrılığı olub.